05:32 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245

Psixoloq: "Abituriyentlərin intihar etməsində valideynlərin də rolu var"

RADİO
Qısa URL
205 0 0

Psixoloq Elnur Rüstəmov deyir ki, qəbul imtahanları ərəfəsində valideynlər abituriyentlərə qarşı xüsusilə diqqətli olmalıdırlar

“Abituriyentlərin fənn hazırlığı ilə yanaşı psixoloji hazırlığı da aparılmalıdır”. Bunu psixoloq Elnur Rüstəmov abituriyent intiharlarının səbəblərini Sputnik Azərbaycan-a açıqlayarkən deyib. 

Psixoloq bildirib ki, bizdə qəbul mərhələsində daha çox abituriyentlərin fənn hazırlığı məsələsinə üstünlük verilir və psixoloji hazırlıq arxa plana keçir.

"Abituriyentlərin həyatındakı narahatlıqlar onların dərsi mənimsəməsinə mənfi təsir göstərir. Onu da qeyd etməliyik ki, bu gün problemli valideynlər də çoxdur. Ailədaxili münaqişələr abituriyentin psixologiyasına mənfi təsir göstərir. Sırf bu mərhələdə maarifləndirmə işləri aparılmalıdır"?— deyə Elnur Rüstəmov bildirib.

Qeyd edk ki, qəbul imtahanları dövründə abituriyentlər arasında müntəzəm baş verən intiharlardan biri də iyulun 23-də olub. Özünü Yeni Günəşli qəsəbəsi, V massivdəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış.

Psixoloq Elnur Rüstəmovun geniş şərhini audiofaylda dinləyə bilərsiniz

Əsas mövzular