SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: "Azərbaycan cəmiyyətini parçalamaq cəhdləri nəticə vermədi"

Abunə olmaq
"Tolerantlıq" İctimai birliyinin sədri Azər Rəşidoğlu deyir ki, Azərbaycan xalqı başqa millətlərə, etnik qruplara, o cümlədən dini cərəyanlara qarşı kifayət qədər dözümlü xalqdır

Azər Rəşidoğlu: "Azərbaycan cəmiyyətini parçalamaq cəhdləri nəticə vermədi"
"Bəzi qüvvələrin Azərbaycan cəmiyyətini parçalamaq və radikalizmi aşılamaq cəhdləri gözlədikləri nəticəni vermədi". Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə "Tolerantlıq" İctimai birliyinin sədri Azər Rəşidoğlu deyib.

O bildirib ki, son həftələr destruktiv qüvvələr Azərbaycanda ictimai sakitliyi və sabitliyi pozmağa cəhd etdilər: "Kriminal elementlərin əli ilə Gəncədə bir sıra terror aktları həyata keçirildi. Bu terror aktlarının məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq idi".

"Azərbaycan xalqı başqa millətlərə, etnik qruplara, o cümlədən dini cərəyanlara qarşı kifayət qədər dözümlü xalqdır. Son Gəncə hadisələri və Sumqayıtdakı həbslər fonunda da Azərbaycan xalqı özünün dözümlü və tolerant olduğunu göstərdi" — deyə Rəşidoğlu bildirib.

Ekspertin geniş şərhini audiofaylda dinləyə bilərsiniz

Xəbər lenti
0