22:24 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

Politoloq: “Nə Azərbaycan, nə də Ermənistan bu danışıqlardan heç nə gözləmirdi”

RADİO
Qısa URL
111 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, əgər erməni tərəfi Azərbaycanın mövqeyini dəstəkləsə danışıqlar prosesi davam edəcək

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Brüsseldə keçirilən görüş daha çox tanışlıq xarakteri daşıyırdı: “Nə Azərbaycan, nə də Ermənistan tərəfi bu danışıqlardan heç nə gözləmirdi. Son vaxtlar Ermənistan siyasi rəhbərliyi tərəfindən yeni təkliflər səsləndirilir. Onlar istəyirlər ki, qondarma Dağlıq Qarabağ rejimi danışıqlar prosesində tərəf kimi iştirak etsin. Ancaq Azərbaycan tərəfi ermənilərin bu təklifini rədd edir. Əgər erməni tərəfi Azərbaycanın mövqeyini dəstəkləsə, danışıqlar prosesi davam edəcək, əks halda bu, hərbi ssenarilərin reallaşmasına yol açacaq”.

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov —  Rusiya Federasiyası, Stefan Viskonti — Fransa və Əndrü Sxofer — ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular