22:57 12 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Politoloq Arzu Nağıyev
© Sputnik / Murad Orujov

Arzu Nağıyev: “Gəncə hadisələri planlaşdırılmış addımlardır”

RADİO
Qısa URL
432 0 0

Politoloq Arzu Nağıyev deyir ki, xarici dövlətlərin xüsusi xidmət orqanları və düşmən şəxslər məsələri dini zəmində qabartmağa çalışır

“Gəncədə baş verən hadisələr dövlətə və dövlətçiliyə qarşı atılan addımdır”. Bunu Sputnik Azərbaycan-a son günlər Gəncədə yaşanan hadisələri şərh edərkən politoloq Arzu Nağıyev deyib. Politoloq  bildirib ki, icra başçısına qarşı törədilən sui-qəsddən sonra bunların baş verməsi gözlənilən idi:

“Çünki o hadisədən sonra informasiya terroru başladı. Problemlərin dini zəminə yönəldilməsi üçün çox cəhdlər oldu. Bu da ona görə baş verdi ki, Gəncə həm Azərbaycanın ikinci ən böyük şəhəridir, həm də orada şiəlik daha çox yayılıb. Bu məqamlardan istifadə edən xarici dövlətlərin xüsusi xidmət orqanları və düşmən şəxslər bu məsələni qabartmağa başladı. Buna görə də düşünürəm ki, bu hadisələr qabaqcadan planlaşdırılmış addımlardır”.

Qeyd edək ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. İstintaq gedir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular