22:34 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230

Fransa, yoxsa Belçika - ekspert proqnozu

RADİO
Qısa URL
17401

Futbol şərhçisi Rövşən Binnətli deyir ki, hansı komanda üstünlüyünü reallaşdırsa o, məqsədinə çatacaq

“DÇ-nin yarımfinalındakı komandaların şansları bərabərdir”. Bunu Sputnik Azərbaycan-a Rusiyada keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsi hyaqqında danışarkən futbol şərhçisi Rövşən Binnətli deyib.

O, bildirib ki, soyuqqanlı oyunu və inamlı təsri bağışlamağına görə Fransa bir addım öndə görünür: “Sıralamada İngiltərəni ikinci yerə qoyurlar. Ancaq düşünürəm ki, bu adla bağlı olan üstünlükdür. Xorvatiya Rusiya ilə oyunda qələbəni penaltilərlə qazandığına görə, onun şansı bir az aşağı dəyərləndirilir. Belçika isə bu dördlüyün içərisində axırıncı sırada deyil. Mən bütün komandaların imkanlarını bərabər qiymətləndirirəm. Bu komandaların hər birinin üstünlüyü var. Ancaq hansı komanda üstünlüyünü reallaşdırsa o, məqsədinə çatacaq”.

Bu gün keçiriləcək Fransa-Belçika oyunu ilə DÇ-nin ilk finalçısı müəyyənləşəcək.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular