16:51 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874

Hüquqşünas: “Azərbaycanda ölüm cəzası bərpa olunmalıdır”

RADİO
Qısa URL
429 0 0

Hüquqşünas Əkrəm Həsənov deyir ki, uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlər ölümlə cəzalandırılmalıdır

“Türkiyədə ölüm hökmünün tətbiqi elə də sadə məsələ deyil”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pedofillərə qarşı ölüm hökmünün bərpa oluna biləcəyi məsələsini şərh edərkən deyib. Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda da müəyyən cinayətlər üçün ölüm cəzasının bərpa olunmasının tərəfdarıdır: 

“Elə cinayətlər var ki, məhz ölümlə cəzalandırılmalıdır. Ölüm cəzası bütün cinayətlərin qarşısını almasa da, müəyyən qisim insanlar bu cəzadan qorxduğu üçün cinayət törətmirlər. Mən də xüsusi hallarda bu cəzanın tətbiqinin tərəfdarıyam. Xüsusən də uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin cəzası bu olmalıdır”.

Bir müddət əvvəl Türkiyədə pedofillərə qarşı ölüm hökmünün bərpa olunması məsələsinin müzakirə olunduğu bildirilmişdi.

Əkrəm Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular