18:08 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960

Ekspert: “Avropa Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlıdır”

RADİO
Qısa URL
142 0 0

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, Aİ ilə əlaəqlər iqtisadi sferada yaxınlaşma deməkdir

Latviyada Azərbaycan Ticarət Evi bu il iyul ayının sonunadək açılacaq. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifələrini icra edən Yusif Abdullayev İxracatçılar Klubunun iclasında deyib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, son vaxtlar Azərbaycanın enerji, nəqliyyat sistemində rolu daha da artıb: 

“Reallaşdırılan layihələr ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rola sübutdur. Bu sadəcə kağız üzərində deyil, həm də iqtisadi sferada Aİ ilə yaxınlaşma deməkdir. Azərbaycanla Aİ arasında iqtisadi əlaqələrin inkişafı vacib məsələdir. Xüsusən də enerji təchizatı sahəsində Azərbaycanın fəallığı onun hər zaman diqqətdə olmasına imkan yaradır. Əsasən Cənubi Avropa ölkələri Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Bu iqtisadi əlaqələr yalnız enerji məhsullarının alışı və satışı ilə məhdudlaşmır, həmçinin qeyri-neft sektoru sahələrində önəmli əlaqələrin qurulmasını təmin edəcək”.

Hazırda Azərbaycan Ticarət evləri Belarus və Ukraynada fəaliyyət göstərir. Gələn il isə daha bir Ticarət Evinin Həştərxanda açılması planlaşdırılır.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular