CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstidən qorxanlara Umayra Tağıyevadan məsləhət

© Photo : Report / Firi Salim Umayra Tağıyeva
Umayra Tağıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Umayra Tağıyeva deyir ki, vətəndaşlarımız xüsusilə saat 11:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar

Umayra Tağıyeva: “Temperaturun 46 dərəcəyə yüksəlmə ehtimalı var”
“İyul ayının 4-də Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr ş­öbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib.

O deyib ki, anomal istilərin müşahidə olunduğu günlər havada rütubətliliyin nisbətən yüksək olması istilik effektini kəskinləşdirən amildir:

“Bu günlərdə maksimal temperatur 40-43 dərəcə intervalında dəyişəcək. Temperaturun bəzi ərazilərdə 46 dərəcəyə yüksəlmə ehtimalı var. Belə havalarda anomal istilərin olması ilə bağlı xəbərdarlıq insanların sağlamlıqlarını qoruması və diqqətli olmaları məqsədi daşıyır. Vətəndaşlarımız xüsusilə saat 11:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar. Ən əsas isə uşaqları və yaşlı insanları anomal istilərdən qorumaq lazımdır, çünki onlar daha həssasdırlar, anomal istilər olan günlərdə o insanların ev şəraitində olmaları məsləhətdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu iyulun 3 və 4-də anomal qızmar hava şəraitinin davam edəcəyini, bəzi yerlərdə 46 dərəcə isti olacağını açıqlayıb.

Umayra Tağıyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0