Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Putin bu konvensiya layihəsini təsdiqləməklə Xəzərin əməkdaşlıq dənizi olduğunu və birgə istifadə edilməlisinin zəruriliyini göstərdi

Mübariz Əhmədoğlu: “Rusiyanın şərti digər dövlətlərin də maraqlarına uyğundur”
Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib. Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Putin bu konvensiya layihəsini təsdiqləməklə Xəzərin əməkdaşlıq dənizi olduğunu və birgə istifadə edilməlisinin zəruriliyini göstərdi: 

“Rusiyanın şərti odur ki, Xəzər militarlaşmamalıdır. Yəni Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Çünki Xəzər dənizi bizim üçün iqtisadi subyektdir. Düşünürəm ki, bu, digər dövlətlərin də maraqlarına uyğundur. Bütün bunlar Rusiyanın Xəzər dənizi ilə bağlı siyasi iradəsinin fəaliyyətdə olmasının göstəricisidir”.

Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulmuş sammitində imzalanaraq qəbul edilməsi gözlənilir.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0