“Rusiyanın şərti odur ki, Xəzər militarlaşmamalıdır. Yəni Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Çünki Xəzər dənizi bizim üçün iqtisadi subyektdir. Düşünürəm ki, bu, digər dövlətlərin də maraqlarına uyğundur. Bütün bunlar Rusiyanın Xəzər dənizi ilə bağlı siyasi iradəsinin fəaliyyətdə olmasının göstəricisidir”.
Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulmuş sammitində imzalanaraq qəbul edilməsi gözlənilir.
Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz