15:55 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314

Hüquqşünas: “Konstitusiyaya görə, vətəndaş bu vergini ödəməməlidir”

RADİO
Qısa URL
512 0 0

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, Vergi Məcəlləsinin özünə görə, bu, müəyyən edilməmiş vergi hesab edilir

“1 faizlik nağdlaşma vergisi qanunsuzdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

“Bununla bağlı birinci instansiya məhkəməsi qərar verib. Amma bu, o demək deyil ki, iş mənim xeyrimə bitib. Vergilər Nazirliyi Apellyasiya Məhkəməsinə müraciət edəcəyini bəyan edib. Ona görə də məhkəmə qanunu hələ ki, qüvvəyə minməyib. Vergi Məcəlləsinin özünə görə, bu, müəyyən edilməmiş vergi hesab edilir. Məcəllədə nəzərdə tutulmayan vergi olduğu üçün Konstitusiyaya görə, bu vergini vətəndaş ödəməməlidir. Eyni zamanda bu, ikiqat vergi tutmaqdır. Vergi Məcəlləsində belə bir bənd var ki, vətəndaşın bir gəlirindən iki eyni növlü vergi tutmaq olmaz. Bu qanunu hazırlayan vergi mütəxəssisləri heç dövlətə dəyə bilən ciddi ziyanı də nəzərə almayıblar ” — deyə o bildirib.

Qeyd edək ki, bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vergi orqanında uçotda olan hüquqi şəxslərə və fərdi sahibkarlara, o, cümlədən ƏDV qeydiyyatında olan, sadələşdirilmiş verginin ödəyicisi olan, mənfəət və ya gəlir (xüsusi notariuslar istisna olmaqla) vergisinin ödəyicisi olan şəxslərə aid edilir.

Ekpertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular