05:46 26 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231

SOCAR rəsmisi TANAP üzrə işlərin tamamlanacağı vaxtı açıqladı

RADİO
Qısa URL
158 0 0

SOCAR-ın rəsmisi İbrahim Əhmədov deyir ki, 2020-ci ildə TANAP kəməri TAP kəmərinə calaşdırılaraq Avropa bazarına qazı çatdıra biləcək

İbrahim Əhmədov: “TANAP vasitəsilə qazımız Avropa sərhəddinə çatdırılacaq”
“TANAP vasitəsilə Türkiyə və Avropa sərhəddinə qaz çatdırılacaq”. Sputnik Azərbaycan-ın məlumatına görə bunu Xəzər TV-yə müsahibəsində SOCAR rəsmisi İbrahim Əhmədov deyib.

O bildirib ki, üç seqmentdən ibarət olan Cənub Qaz Dəhlizi layihəsində boruların ümumi uzunluğu 3500 km təşkil edir: “Azərbaycandan Avropanın cənub sərhədlərinə doğru uzanan boru kəmərləri üç hissədən ibarətdir. TANAP kəməri bu hissələrin yarısından çoxunu təşkil edir. 2019-cu ildə TANAP üzrə işlər tamamlanacaq, bununla da qaz Avropa bazarına çatdırıla bilər. 2020-ci ildə TANAP kəməri TAP kəmərinə calaşdırılaraq Avropa bazarına qazı çatdıra biləcək”.

Ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur.

SOCAR rəsmisinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular