10:15 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602

Məhəbbət Vəliyeva: ““Son zəng” tədbiri yalnız məktəb daxilində keçirilir”

RADİO
Qısa URL
145 0 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyir ki, müvafiq orqanlara şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət edilib

““Son zəng” tədbiri yalnız məktəb daxilində və iki saat ərzində keçirilir”.  Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, iyunun 14-də bütün məktəblərdə “Son zəng” tədbiri keçiriləcək: 

“Məktəb rəhbərliyi ilə yanaşı, Bakı Şəhər üzrə Təhsil İdarəsi də müvafiq orqanlara şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət edib. Aidiyyəti orqanlara qabaqlayıcı tədbirlərin görülməsi üçün müraciətlər edirik. Builki son zəng tədbirləri də yüksək səviyyədə keçiriləcək. Bu il Bakı məktəblərini təxminən 26 min nəfərdən çox 11-ci sinif şagirdi, 27 min nəfərdən artıq isə 9-cu sinif şagirdi bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək. Güman edirik ki, yaxşı nəticə göstərən şagirdlərimizin sayı artacaq”.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular