02:16 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602

Ekspert: “TANAP növbəti onilliklərdə Azərbaycanın əhəmiyyətini qoruyacaq”

RADİO
Qısa URL
173 0 0

İqtisadçı ekspert Fariz Quliyev deyir ki, TANAP və TAP layihələri Azərbaycanın növbəti 20-30 ildəki uğurunun göstəricisidir

Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi oldu.

İqtisadçı ekspert Fariz Quliyev Sputnik Azərbaycan-a deyir ki, TANAP layihəsi Azərbaycanın tranzit ölkələr boyunca iqtisadi, strateji əhəmiyyətini artırır, ölkəmizin regionda dominatlığını təmin edir: 

“Bu layihə sosial lisenziya qazanıb. Avropa Birliyi tərəfindən bu layihənin dəstəklənməsi Azərbaycanın əhəmiyyətinin növbəti onilliklərdə qorunmasına böyük töhfə vermiş olur. TANAP və TAP layihələri Azərbaycanın növbəti 20-30 ildəki uğurunun göstəricisidir. Bu layihələr Azərbaycanın ticarət əlaqələrinin genişlənməsinə, ölkəmizə kapital axınının artımına böyük imkanlar yaratdığı üçün tarixi nailiyyətimizdir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular