Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır”

© Photo : Facebook / Sahib MammadovSahib Məmmədov, hüquq müdafiəçisi
Sahib Məmmədov, hüquq müdafiəçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, hazırkı Əmək Məcəlləsində olan boşluqlar qeyri-formal əmək bazarının inkişafına şərait yaradır

Sahib Məmmədov: ““İşsizlikdən sığorta haqqında” qanunda konstitusiyaya zidd müddəalar var.”
“Əmək bazarında şəffaflığın təmin edilməsi üçün ciddi islahatlar aparılmalıdır”. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə keçirilən müşavirədə deyib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda hazırkı Əmək Məcəlləsi əmək münasibətlərini tənzimləmək üçün yetərli deyil. 

“Əmək Məcəlləsi yenidən yazılmalıdır. Hazırkı Əmək Məcəlləsində olan boşluqlar qeyri-formal əmək bazarının inkişafına şərait yaradır. Həmçinin “Məşğulluq haqqında” qəbul olunmuş qanun müasir dövrün tələblərinə cavab vermir. Ondan əvvəl də “İşsizlikdən sığorta haqqında” qanun qəbul olundu. Həmin qanunda da konstitusiyaya zidd müddəalar var. Əmək bazarında şəffaflığı təmin etmək üçün hazırlanmış qanun layihələri ictimaiyyətə açıqlanmalıdır”, — deyə ekspert vurğulayıb.

Sahib Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0