QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Ermənilərin aksiya keçirməkdən başqa yolu qalmayıb”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Dağlıq Qarabağdakı narazılıq uzun müddətdir mövcuddur

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ erməniləri arasında Azərbaycana meylli qüvvələr həmişə olub”
“Ermənistandakı hadisələr Dağlıq Qarabağdan başlayıb”. Bunu Sputnik Azərbaycan-a politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağdakı narazılıq uzun müddətdir mövcuddur: “Bu mitinqlər zamanı bəlli oldu ki, DQ erməniləri hakimiyyətdə olan Qarabağ klanına qarşı çıxmağa hazırdır. Ona görə də Yerevandakı mitinqlərdə Dağlıq Qarabağ məsələsini nəzərə almadılar. DQ ermənilərinin əsas narazılığı fiziki təhlükəsizlik problemi ilə əlaqədardır. Onlar başa düşürdü ki, Serj Sarqsyan Azərbaycanla danışıqlara gedib DQ ermənilərinin təhlükəsizliyini təmin edə bilməyəcək. Nikola Paşinyan da hakimiyyətə gələndən sonra DQ mövzusunda sərt ritorika nümayiş etdirdi. Ona görə də ermənilərin aksiya keçirməkdən başqa yolu qalmadı. Oradakı ermənilərin içərisində Azərbaycana meylli qüvvələr həmişə olub”.

Son günlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində etiraz aksiyaları keçirilir. Etirazçılar “Qarabağda polis diktaturasını yaradan” baş prokuror Artur Mosiyan, polis rəisi Kamo Ağacanyan və MTX rəisi Arşavir Ğaramyanın vəzifədən kənarlaşdırılmasını tələb edirlər.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0