Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Ərdoğanın qələbəsi onun üçün ağır ola bilər”

© Sputnik / Murad OrujovTofiq Abbasov
Tofiq Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, Ərdoğan qələbə qazanacaqsa bu çox müəmmalı və problemli qələbə ola bilər

Tofiq Abbasov: “Ərdoğan indiki vəziyyətdə mütləq favorit sayıla bilmir”
“Ölkədə iqtisadi vəziyyət ağırlaşdığına görə, Ərdoğan seçkilərin vaxtını bir il önə çəkdi”. Bunu Sputnik Azərbaycan-a Türkiyədəki seçki qabağı vəziyyəti şərh edərkən politoloq Tofiq Abbasov deyib. 

Politoloqun sözlərinə görə, Ərdoğan problemlərini asanlaşdırmaq üçün vaxtından əvvəl seçkilər təyin edib: “Ərdoğan seçkilərdə favorit sayılsa da onu  hazırki vəziyyəti ağırdır. Ola bilsin ki, əldə edəcəyi qələbə onun üçün çox ağır olsun. Çünki həm iqtisadi, həm də geo-siyasi sahədə hakim partiyanın uğursuzluqları onun nüfuzunu aşağı salıb. Ona görə də Ərdoğan indiki vəziyyətdə mütləq favorit sayıla bilmir. Əgər Ərdoğan qələbə qazanacaqsa bu çox müəmmalı və problemli qələbə ola bilər”.

İyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0