Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq türk lirəsinin dəyərdən düşməsinin siyasi səbəblərini açıqlayır

© Sputnik / Murad OrujovElxan Şahinoğlu
Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyənin Səudiyyə Ərəbistanı ilə münasibətlərində yaranmış soyuqlaşmanın nəticəsi olaraq investorlar ölkəni tərk edib

Elxan Şahinoğlu: “Struktur islahatlarının aparılmaması iqtisadiyyata mənfi təsir edir”
“2016-cı ilin iyulun 15-də dövlət çevirlişi cəhdinin uğursuz olmasından sonra Türkiyə iqtisadiyyatının dağıdılması istiqamətində fəaliyyət göstərməyə başladılar. Onların arasında bəzi müsəlman dövlətləri də yer alıb”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “AHaber” televiziyasına müsahibəsində bildirib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ola bilsin, Çavuşoğlunun sözlərində həqiqət payı var: 

“Ərdoğan hakimiyyətə gəldiyi ilk vaxtlarda ərəb dövlətləri ilə sıx münasibətlər qurmuşdu. Öz növbəsində ərəb dövlətləri də Türkiyəyə böyük kapital qoydular. Amma son illərdə Türkiyənin bəzi ərəb dövlətləri, xüsusən də Səudiyyə Ərəbistanı ilə münasibətlərində yaranmış soyuqlaşmanın nəticəsi olaraq investorlar ölkəni tərk edib. Bu da haqlı olaraq türk lirəsinin ucuzlaşmasına səbəb olur. Ərdoğan illərdir iqtisadi islahatları genişləndirmək istəyir. Müəyyən uğurlar da var, ancaq görünür, struktur islahatları aparılmayıb. Bu da Türkiyə iqtisadiyyatına mənfi təsir edir”. 

Xəbər lenti
0