04:48 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Əflatun Amaşov: “Uşaqlara zərərli informasiya verilməsinin qarşısı alınmalıdır”

RADİO
Qısa URL
92 0 0

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyir ki, uşaqların hüquqları haqqında və digər qanunvericilik aktlarında onların hüquqları birmənalı şəkildə qorunur

Əflatun Amaşov: “Uşaq hüquqları ilə bağlı qanun layihəsi üzərində iş gedir”
“Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı çoxsaylı işlər görülür”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

“Bu sahədə mükəmməl qanunvericilik bazası mövcuddur. Uşaqların hüquqları haqqında və digər qanunvericilik aktlarında onların hüquqları birmənalı şəkildə qorunur. Azərbaycan dövləti uşaqları himayə edir. Bir neçə gün öncə uşaqlara zərərli informasiyaların verilməsi ilə bağlı qanun layihəsini müzakirə edirdik. Hazırda mükəmməl qanun layihəsi üzərində iş gedir. Televiziya, radio, qəzet və jurnal, həmçinin internet resurslarında uşaqlara verilən informasiyalar təsnifatlaşdırılaraq bir neçə yerə bölünüb”.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular