Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əliməmməd Nuriyev: “Sosial iş sosial müdafiə sistemi üçün çox əhəmiyyətlidir”

© Sputnik / Murad Orujov“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, sosial işçilər çətin həyat şəraitində olan insanların yükünü öz üzərinə götürürlər

Əliməmməd Nuriyev: “Sosial işçilərin 90 faizi təlimlərə cəlb edilib”
“Sosial iş sosial xidmət və dəstək siteminin ən ön cəbhəsidir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu, Azərbaycanda sosial işin təşkili: mövcud vəziyyət və gözləntilər” mövzusunda keçirilən konfransda “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi BMT İnkişaf Proqramının Azərbaycan ofisi Avropa İttifaqının dəstəyi ilə “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması” proqramı çərçivəsində həyata keçirilir: 

“Məhz sosial iş və işçilər çətin həyat şəraitində olan insanların yükünü öz üzərinə götürürlər. Bu baxımdan, sosial iş komponenti sosial müdafiə sistemi üçün çox əhəmiyyətlidir. “Konstitusiya” Araşdırmalar Fondu bunun əhəmiyyətini nəzərə alaraq 6 rayonda yerli şöbələrdə çalışan sosial işçilərin 90 faizini təlimlərə cəlb edib”.

Xəbər lenti
0