20:02 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796

Ekspert: “200 manatlıq əskinas manatın məzənnəsinə təsir göstərəcək”

RADİO
Qısa URL
1853 0 0

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, 200 manatlıq əskinasların dövriyyəyə buraxılması manat kütləsinin artmasına səbəb olacaq

“Yeni əskinazın buraxılmasına zərurət yox idi”. Bunu Sputnik Azərbaycan-a gələn aydan dövriyyəyə buraxılacaq 200 manatlıq əskinaslar haqqında danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, 200 manatlıq əskinasların dövriyyəyə buraxılması manat kütləsinin artmasına səbəb olacaq:

“Yeganə zərurəti onda görmək olar ki, büdcə xərcləmələrinin artması gözlənilir. Bu da nəğd pul dövriyyəsinin artmasına səbəb olur. Yəni nəğd pula tələbatın artması ehtimalı var. Tək məntiqli izah kimi bunu göstərmək olar. İqtisadi qanunlara görə, belə əskinasların dövriyyəyə buraxılması manat kütləsini artırır. Bu da infilyasiya basqıları yaradır. Bu bir müddət sonra  manatın məzənnəsinə də təsir göstərəcək. Bunun hansı forma və səviyyədə olacağını indidən söyləmək çətindir”. Qeyd edək ki, iyun ayından Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular