SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tarixçi: “Cümhuriyyətin tarixi daha dərindən öyrənilməlidir”

© Sputnik / Murad OrujovДекан Исторического факультета Бакинского госуниверситета Азад Рзаев
Декан Исторического факультета Бакинского госуниверситета Азад Рзаев - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev deyir ki, 1991-ci ildə müstəqilliyimizi qazananda AXC-nin təcrübəsindən yararlandıq

Azad Rzayev: “AXC-nin tariximizdə rolu böyükdür”
“Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə rolu böyükdür”. Bunu Sputnik Azərbaycan-a AXC-nin 100 illiyi bağlı danışarkən Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev deyib.

“Biz 1991-ci ildə müstəqilliyimizi qazanmadıq, onu bərpa etdik. Yəni bizim dövlət yaratmaq üçün AXC kimi təcrübəmiz var idi. Ordunun, parlamentin yaranması, 1919-cu ildə ilk universitetin qurulması AXC-nin yüksək zirvəsi idi. 1991-ci ildə müstəqilliyimizi qazananda o təcrübədən yararlandıq. Biz bu təcrübədən beynəlxalq münasibətlərin qurulmasında, demokratik prinsiplərin tətbiqində, həmçinin iqtsadi məsələlərin həllində istifadə edirik. Bu təcrübə bizi irəli aparır. Hazırda bizim qarşımızda duran məsələ o tarixi dərindən, daha geniş arxiv materialları əsasında öyrənməkdir” — deyə o bildirib.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Azad Rzayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0