Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Tarixçi-alim: “AXC tariximizin ən şərəfli hissəsidir”

© Photo : Nəsiman Yaqublunun şəxsi arxivindənTarixçi-alim Nəsiman Yaqublu
Tarixçi-alim Nəsiman Yaqublu - Sputnik Azərbaycan
Abunə olmaq
Tarixçi-alim Nəsiman Yaqublu deyir ki, AXC-nin yaranması ilə bizdə dövlət təsisatlarının yaranmasının əsası qoyuldu

Nəsiman Yaqublu: “AXC demokratik prinsiplərə və milli kültür əsaslarına söykənmişdi”
Bu gün Şərqin ilk demokratik müsəlman dövlətinin — Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur.

Tarixçi-alim Nəsiman Yaqublu Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqi tarixində ən böyük rolu ilk dəfə olaraq demokratik prinsiplərə və milli kültür əsaslarına söykənən dövlət olmasıdır:

“Biz ilk dəfə olaraq parlamentli respublika yaratdıq. Bu respublikanın parlamentində 270-ə qədər qanun müzakirəyə çıxarıldı və onlardan 230-u qəbul olundu. Həmçinin o dövrdə də Qarabağ problemi mövcud idi. AXC bu problemi də həll etdi. Ən əsası isə odur ki, bu cümhuriyyəti quranların hamısı fədakar idi. 1918-ci ildə Xalq Cümhuriyyəti elan olunanda Azərbaycanda 2 milyon 900 min insan yaşayırdı. Onlardan sadəcə 76 nəfərinin yüksək ali savadı var idi. Bu insanlar qısa müddətdə Azərbaycanda demokratik dövlət qura bildilər. AXC-nin yaranması ilə bizdə dövlət təsisatlarının yaranmasının əsası qoyuldu. Ona görə də AXC-nin mövcud olduğu dövr bizim tariximizin ən şərəfli hissəsini təşkil edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Xəbər lenti
0