15:49 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368

Şəkərli xəstələr mütləq bu qaydalara diqqət etməlidir – diyetoloq məsləhəti

RADİO
Qısa URL
52210

Diyetoloq Tutu Zeynalova deyir ki, çalışaq, təbiət bizə qidaları necə veribsə, o cür istifadə edək

“Əsas məqam şəkər qəbul edib-etməmək deyil, şəkəri haradan qəbul etməkdir”. Bunu Sputnik Azərbaycan-a  açıqlamasında diyetoloq Tutu Zeynalova deyib.

“Bütün meyvələrdə də şəkər var. Onları yedikdə insan orqanizminə fruktoza daxil ola bilir. Ona görə də məsləhətdir ki, bədən tələbatını məhz təbii qidalarla ödəyək. Şəkər tozu və qəndin istifadəsi arzuolunmazdır. Təbii meyvə şirələrindən də istifadə olunması zərərlidir. Çalışaq, təbiət bizə qidaları necə veribsə, o cür istifadə edək. Meyvə şirə halına gələndə tərkibindəki şəkər daha yüksək olur. Həm də bir stəkan meyvə şirəsi üçün normalda 3 dəfəyə yeyiləcək qədər meyvə istifadə edilir. Bu da qan şəkərinin artmasına səbəb olur. Bu zaman da mədəaltı vəz insulin hormonunu çox ifraz edir və bu da piylənməyə gətirib çıxarır. Piylənmə artdıqca ürək, qan-damar xəstəlikləri artır, onkoloji xəstəliklər riski və s artır. Bir müddət sonra qan şəkərinin düşməsi insanın halsız olmasına gətirib çıxarır. Belə insanda davamlı olaraq şəkər yemək hissi yaranır. Bir növ onlarda asılılıq formalaşır” — deyə o bildirib.

Qeyd edə ki, son illər alimlər israrla insanları şirin qidalardan uzaq durmağa çağırırlar. Səbəbini isə ürək, qan-damar sisteminə mənfi təsir etməsi, həmçinin piylənmə kimi bir çox xəstəliklərə yol açması ilə izah edirlər.

Diyetoloq Tutu Zeynalovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular