01:01 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Ərdoğanın prezident seçilmək şansı yüksəkdi”

RADİO
Qısa URL
145 0 0

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Ərdoğanın partiyası seçkilərdə səs itirə bilər

Elxan Şahinoğlu: “Müxalifət çalışacaq ki, daha çox səs toplasın”
“Rəcəb Tayyip ərdoğan birinci turda prezident seçiləcəyinə ümid edir”. Bunu Sputnik Azərbaycan-a 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkiləri qabaq vəziyyəti şərh edərkən  Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, hazırda Türkiyədə bütün namizədlərə bərabər şərait yaradılıb: “Hazırda Ərdoğanın reytinqi yüksəkdir. İkinci turda olsa belə onun prezident seçilmək şansı çoxdur. Ancaq o da mümkündür ki, Ərdoğanın partiyası seçkilərdə səs itirsin. Müxalifət çalışacaq ki, prezident seçkilərində qələbə qazanmasa da, parlament seçkilərində daha çox səs toplasın”.

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular