14:46 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Zaur Məmmədov: “Xəzərin statusu məsələsinin həll olunacağı gözlənilmir”

RADİO
Qısa URL
10610

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, bu il Xəzərin statusu məsələsinin həll olunacağı gözlənilmir

Politoloq: “Tərəflərin ambisiyaları memorandum imzalanmasını təxirə salacaq”
“Bu il Xəzərin statusu ilə bağlı yekun qərarın qəbul edilməsi gözlənilmir”. Bunu Sputnik Azərbaycan-a Xəzərin hüquqi statusu məsələsindəki mövcud vəziyyəti şərh edərkən AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Astanada keçirilən sammitdən gözləntilər o qədər də böyük deyil: “Bu sammit, əsasən, texniki xarakter daşıyır. Tərəflər bu il prezidentlərin görüşünə hazırlaşırlar. Ancaq son zamanlar regionda baş verən hadisələri diqqətlə izləyirik. İran ətrafında baş verənlər, ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqaz və Mərkəzi Asiyaya keçməsi müşahidə olunur. Bütün bu baş verənlərə baxmayaraq, bu il Xəzərin statusu məsələsinin həll olunacağı gözlənilmir. Baxmayaraq ki, Rusiya tərəfi 2018-ci ildə Xəzərin stausu ilə bağlı memorandumun imzalanacağını bildirmişdi. Düşünürəm ki, tərəflərin geo-siyasi ambisiyaları memorandumun imzalanmasını təxirə salacaq”.

Qeyd edək ki, hazırda Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası keçirilir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular