14:51 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Agentlik rəhbəri sahibkarlıq subyektlərində aparılacaq yoxlamalardan danışır

RADİO
Qısa URL
197 0 0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyir ki, sahibkarlıq subyektləri beynəlxalq standartlara uyğun məhsullar istehsal etməlidirlər

Qoşqar Təhməzli: “Beynəlxalq standartlara uyğun məhsullar istehsal edilməlidir”
“Azərbaycanda qida zəncirinin bütün proseslərində iştirak edən sahibkarlıq subyektlərində müvafiq monitorinq və audit işləri həyata keçiriləcək”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bunu agentliyin Təftiş və dövlət nəzarəti şöbəsi həyata keçirəcək:

“Həmin şöbənin auditorları və ekspertləri tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində yoxlamalar olacaq. Bu təftiş və yoxlamalar heç də sahibkarların fəaliyyətinə maneçilik törətmək məqsədilə aparılmayacaq. Sadəcə agentliyin məqsədi ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə lazımi yardım və dəstək göstərilsin. Onlar beynəlxalq standartlara uyğun məhsullar istehsal etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdikləri qida zəncirində beynəlxalq normal və qaydalara əməl edə bilsinlər ki Azərbaycan əhalisinin sağlamlığı təhlükə qarşısında qalmasın”.

Qoşqar Təhməzlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular