16:44 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550

Ekspert: “İsrail-Fələstin münaqişəsini sakitləşdirmək çətin olacaq”

RADİO
Qısa URL
195 0 0

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, müəyyən faktorlar münaqişənin daha da alovlanmasının qarşısının alınmasında rol oynaya bilər

“Fələstin ətrafında vəziyyətin gərginləşəcəyi əvvəlcədən gözlənilirdi”. Bunu yenidən gərginləşən İsrail-Fələstin münaqişəsini Sputnik Azərbaycan-a şərh edərkən Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Ekspertin fikrincə, artıq ciddi bir münaqişə ocağı yaranıb: “Bu münaqişə ocağının tamamilə sakitləşməsinə nail olmaq çox çətin olacaq. Qüds məsələsi fələstinlilər üçün çox həssasdır. Ancaq müəyyən faktorlar münaqişənin daha da alovlanmasının qarşısının alınmasında rol oynaya bilər. Vahid bir mövqeyin sərgilənəcəyi isə müzakirə predmetidir. Çünki Fələstin məsələsində ərəb ölkələrinin mövqeyi birmənalı deyil. Həmçinin İran da bu məsələdən həmişə öz geosiyasi maraqları üçün istifadə edib. Yəni prosesin gedişatı bu ölkələrin nə dərəcədə vahid mövqe sərgiləməsindən asılı olacaq. Təəssüf ki, yaxın müddətdə bu qarşıdurmanın səngimə ehtimalı çox aşağıdır”.

ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Qərar dünya dövlətləri, xüsusilə də müsəlman ölkələrinin ciddi narazılığına səbəb olub. Bir neçə gün öncə isə Qəzzada İsrail hüquq-mühafizə orqanları ilə toqquşmalarda 59 fələstinli öldürülüb, 2500-ə yaxını yaralanıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular