14:31 25 May 2018
Canlı yayım
Məlahət Mürşüdlü
© Sputnik / Murad Orujov

Ekspert: “Əcnəbi müəllimlərin fəaliyyəti xarici dillərin tədrisində mümkündür”

RADİO
Qısa URL
99 0 0

Təhsil məsələləri üzrə ekpsert Məlahət Mürşüdlü deyir ki, məsələnin maraqlı məqamı xarici müəllimlərin kim tərəfindən maliyyələşdiriləcəyidir

Təhsil nazirinin əmri ilə “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”ı təsdiqlənib. Yeni Qaydalara əsasən, bu il müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcək.

Təhsil məsələləri üzrə ekpsert Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, bu ancaq xarici dillərin tədrisi sahəsində mümkündür:

“Özəl və dövlət universitetlərində buna icazə var. Belə bir qaydanın təsdiq olunmasına müsbət yanaşıram. Bizdə əvvəl belə bir təcrübə olub. Məsələnin maraqlı məqamı xarici müəllimlərin kim tərəfindən maliyyələşdiriləcəyidir. Yəni onların əmək haqqı məktəb tərəfindənmi, yoxsa Təhsil Nazirliyinin ehtiyyat fondundanmı ödəniləcək? Xaricdən gələn mütəxəssislərin əməkhaqqı yüksək olur. Onlar bizim müəllimlər kimi 12-18 saat dərs qarşılığında 200-250 manata fəaliyyət göstərməzlər”.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu 25 iyun — 5 iyul tarixlərində baş tutacaq. Müsabiqənin test imtahanı və müsahibə mərhələləri Azərbaycan Texniki Universitetində keçiriləcək.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular