04:46 16 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991

Ekspert Dünya Limanları Konfransının Azərbaycan üçün önəmini şərh edir

RADİO
Qısa URL
119 0 0

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, bu konfrans Azərbaycanın yük daşıma imkanlarını artırmaq üçün yaxşı imkandır

Bakıda Dünya Limanları Konfransı keçirilir. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın ev sahibliyi etdiyi Dünya Limanları Konfransına rekord sayda nümayəndə heyəti qatılıbdır. Belə ki, aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Fillipin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 dövlətindən 400-dən çox beynəlxalq liman, biznes icması, gəmiçilik və logistika üzrə iri şirkətlərin nümayəndələri Dünya Limanları Konfransının iştirakçılarıdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, belə bir konfransın Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyəti var: “İlk dəfədir bizdə belə bir konfrans keçirilir. Konfransın məqsədi Azərbaycanı dünya liman bazarında tanıtmaqdır. Bu konfrans Azərbaycanın yük daşıma imkanlarını artırmaq, regiondakı digər limanlarla əlaqəsini qurmaq üçün yaxşı imkandır. Bu həm də konfransda iştirak edən nəqliyyat şirkətləri ilə yeni əlaqələrin qurulması baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) 2016-cı ildə Panamada keçirilən illik konfrans zamanı Direktorlar Şurası yekdilliklə 2018-ci il üçün Dünya Limanları Konfrasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul etmişdi.

Əsas mövzular