23:28 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Эльхан Шахингоглу, политолог
© Sputnik / Murad Orujov

Politoloq: “Erməni gəncləri Qarabağ uğrunda ölmək istəmirlər”

RADİO
Qısa URL
29110

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, əgər Paşinyan özündən qabaqkıların siyasətini davam etdirsə, onu Sarqsyanın taleyi gözləyir

“Əgər Paşinyan Qarabağ siyasətində Sarqsyanın yolunu gedəcəksə, onu da eyni tale gözləyir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Ermənistanın yeni baş naziri seçilməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, indi Paşinyanın qarşısında iki alternativ var:

“Əgər Paşinyan ölkəsində sosial-iqtisadi inkişaf, bölgədə sülh istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Bunun yolu işğal edilmiş torpaqların boşaldılmasından keçir. Bu, onun üçün bir alternativdir. Paşinyan özündən qabaqkıların siyasətini davam etdirə, status-kvonu uzatmaq istəyə bilər. Bu da faktiki olaraq Sarqsyanın taleyini davam etdirməkdir. Erməni gəncləri Ermənistanda yaşamaq, Qarabağ uğrunda ölmək istəmirlər. Biz Paşinyanın hansısa seçim etməsi üçün bir neçə ay gözləyəcəyik. Düşünürəm ki, Azərbaycandan da Ermənistana ciddi siqnallar göndərilməlidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular