CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhəbbət Vəliyeva: “Birinci sinfə qəbulla bağlı heç bir problem yoxdur”

© Photo : REPORTMəhəbbət Vəliyeva
Məhəbbət Vəliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyir ki, 50 mindən artıq sorğu sistemə yerləşdirilib və qeydiyyatdan keçmiş valideynlər məktəblərə sənədləri təqdim edirlər

Məhəbbət Vəliyeva: “Bəzi məktəblər yer sayından çox müraciət olunur”
“Bakı şəhərində I sinfə qəbulla bağlı işlərin 80 faizi yekunlaşıb”. Sputnik Azərbaycan-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. Məhəbbət Vəliyeva bildirib ki, 50 mindən artıq sorğu sistemə yerləşdirilib və qeydiyyatdan keçmiş valideynlər məktəblərə sənədləri təqdim edirlər:

“Sənədlər araşdırıldıqdan sonra uşaqlar I sinfə qəbul olunacaqlar. Ümumilikdə, Bakı məktəbləri ilə bağlı heç bir problem yoxdur. Problem yalnız sıxlıq olan ərazilərdədir. Bəzi məktəblərə yer sayından çox müraciət olunur”.

Qeyd edək ki, ümumtəhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0