ELM

Ekspert: “Gənclərin elmə gəlməsində maneələr var”

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, elmə görə verilən əmək haqlarının çox aşağı olması gəncləri elmdən uzaqlaşdırır

Kamran Əsədov: “Azərbaycan alimi dünya elmində ciddi qəbul olunmur”
“Azərbaycanda son illərdə elmin inkişafı üçün dövlət tərəfindən bir çox işlər görülüb. Amma buna baxmayaraq, yenə də bəzi gənclər deyirlər ki, elm nəyə lazımdır, neftdən gələn gəlirlə yaşayırıq”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib. AMEA prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Kamran Əsədov deyir ki, AMEA-nın özündə gənclərin elmə gəlməsinə maneələr var: 

“Son illər ərzində gənclərin bakalavr pilləsini bitirdikdən sonra elmdə qalması ciddi şəkildə aşağı düşüb. Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də olsun elmlər doktoru yoxdur. AMEA-nın nəzdindəki müəyyən institutların rəhbərləri, əməkdaşları ciddi şəkildə gənclərin elmlə məşğul olmasına mane olurlar. Bu gün Azərbaycan alimi dünya elmində çox da ciddi qəbul olunmur. Gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əmək haqlarının çox aşağı olmasıdır. Təbii ki, bu qədər yüksək bilik və bacarıqlara malik şəxslər elmdə qalmağa üstünlük vermir, digər sahələrdə daha yüksək əmək haqqı ala biləcəklərinə görə elmdən gedirlər”. 

Xəbər lenti
0