ELM

Robotlar Azərbaycana yaxınlaşır — sosioloq xəbərdarlıq edir

© Photo : Şəxsi arxivindənSosioloq Əhməd Mansurov
Sosioloq Əhməd Mansurov - Sputnik Azərbaycan
Abunə olmaq
Sosioloq Əhməd Mansurov deyir ki, robotlaşma cəmiyyətdə qarşılıqlı münasibətlərə böyük zərbə vura bilər

Əhməd Mansurov: “Vəziyyətin daha pis hala gəlib çatacağı şübhə doğurmur”
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son hesabatında 32 ölkədə işlərin 14 faizinin tamamilə avtomatik olaraq görüldüyü və bu səbəblə gələcəkdə bütün işləri robotların icra edəcəyi riski yarandığı qeyd edilib. Hesabatda vurğulanıb ki, bununla da dünyada 66 milyon insan işsiz qala bilər.

Sosioloq Əhməd Mansurov Sputnik Azərbaycan-a deyir ki,  robotlaşma insanların tənbəlləşməsinə səbəb olur: 

“Getdikcə insanlar passiv həyat tərzi keçirirlər. Bu da insanların səhhətinə böyük ziyandır. Hətta bəzi insanları depressiyaya da sala bilir. Bu da insanların stressli həyat keçirməsinə, aqressiv olmalarına səbəb olur. Bu halın üzərinə işsizliyi də əlavə edəndə vəziyyətin daha da pis hala gəlib çatacağı şübhə doğurmur. Robotlaşma cəmiyyətdə qarşılıqlı münasibətlərə böyük zərbə vura bilər”.

Sosioloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0