Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Dolların kursunun formalaşmasında siyasət daha çox rol oynayır”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, İranın beynəlxalq hesablaşmalarda dollardan imtina etməsi dollardan asılılığı müəyyən dərəcədə aşağı salacaq

Müslüm İbrahimov: “İranın bu addımı dollara müəyyən problemlər yarada bilər”
“Uzun müddətdir dolların kursunun müəyyənləşməsinə siyasi proseslər təsir etməyib”. Bunu İranın beynəlxalq hesablaşmalarda dollardan imtina etməsi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib. 

Ekspert bildirib ki, İran ABŞ-la bağlı olan siyasi məslələrdə aktiv iştirak etmək istəmir:

“Hazırda dolların kursunun formalaşmasında siyasi amillər iqtisadi amillərdən daha çox rol oynayır. Beynəlxalq bazarda neft dollarla satılsa da, əsas istehlakçılar Avropa ölkələridir. Mən düşünürəm ki, bu dollardan asılılığı müəyyən dərəcədə aşağı salacaq. Bu, dollara müəyyən problemlər yarada bilər. İranın dolların alqı-satqısında iştirak etməməsi onun kursuna təsir göstərəcək”.

Qeyd edək ki, İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə qərar qəbul edib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0