Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Türkiyə ilə iqtisadi əməkdaşlıq siyasi birliyimizi gücləndirir”

© Sputnik / Anar MustafayevПолитолог Эльхан Шахиноглу
Политолог Эльхан Шахиноглу - Sputnik Azərbaycan
Abunə olmaq
Atlas Araşdrımalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, davam edəcək iqtisadi əməkdaşlıq iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq

Elxan Şahinoğlu: “İqtisadi əməkdaşlıq bizi daha da yaxınlaşdıracaq”
“İlk ölkə rəhbərinin də seçkilərdən sonra ilk səfərini bir-birinə etməsi ənənə halını alıb”. Bunu Sputnik Azərbaycan-a Prezident İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən Atlas Araşdrımalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, əgər əvvəllər iki ölkəni mənəvi bağlar bir-birinə yaxınlaşdırırdısa, indi bunda siyasi və iqtisadi əlaqələr mühüm rol oynayır: “Bu Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin xarakterindən irəli gəlir. Regionda bir neçə irimiqyaslı layihələr işə düşüb. Bundan sonra da iqtisadi sahədə əməkdaşlıq davam edəcək və bütün bunlar iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. İqtisadi əməkdaşlıq bizim siyasi birliyimizi də gücləndirir”.

Prezident seçkilərindən sonra İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edib. Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə layihələrin tək iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyəti olduğunu bildirib.

Xəbər lenti
0