Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq Erməsitandakı hadisələrin regional təsirlərindən danışır

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Ermənistanda hakimiyyətə sağlam düşünücəli siyasətçilər gəlsə, ölkəni düşdüyü ağır vəziyyətdən çığarmağa çalışacaq

Fikrət Sadıxov: “Ermənistanda baş verən hadisələrin heç bir ölkəyə təsiri ola bilməz”
“Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi uzun illər sosial-iqtisadi problemlərlə üzləşməsidir”. Bunu Ermənistanda baş verən hadisələrin regiona təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən politoloq Fikrət Sadıxov deyib.  Politoloq bildirib ki, yoxsulluq və işsizliyə görə Ermənistanı yüz minlərlə vətəndaş tərk edib:

“Bu ölkədə inkişaf sıfır səviyyəsindədir. Belə vəziyyət çox davam edə bilməzdi. Ermənistanda baş verən hadisələrin Azərbaycana, ya da hansısa başqa ölkəyə heç bir təsiri ola bilməz. Əksinə, Azərbaycanın inkişafı erməniləri küçələrə çıxmağa vadar etdi”. 

“Azərbaycan irimiqyaslı layihələri həyata keçirir, amma qonşuluğundakı Ermənistan bütün bu proseslərdən kənardadır. Türkiyə ilə sərhədlər bağlıdır, Azərbaycanla münaqişə davam edir və bu vəziyyət çox davam edə bilməzdi. Düşünürəm ki, əgər Ermənistanda hakimiyyətə sağlam düşüncəli siyasətçilər gəlsə, ölkəni düşdüyü ağır vəziyyətdən çığarmağa çalışacaq” — deyə o bildirib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan əleyhinə aksiyalar aprelin 13-də başlayıb. Müxalifət onu hakimiyyəti qeyri-effektiv idarə etməkdə və ölkədə iqtisadi vəziyyətin pisləşməsində ittiham edib. Sarkisyan aprelin 23-də vəzifəsindən istefa verib.

Politoloqun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0