Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Dünya böyük bir xaosa doğru sürətlə addımlayır”

© Sputnik / Murad OrujovПолитолог Тофик Аббасов
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, dünya birliyi Qutterişin dediklərini əsas götürərək yeni bir düstur tapmalıdır

Tofiq Abbasov: “Qutteriş öz gülünc vəziyyətini anlayaraq bunu etiraf edir”
“Qutterişin bəyənatı başçılıq etdiyi institutun mahiyyətinin itməsindən xəbər verir”. Bunu Sputnik Azərbaycan-a politoloq Tofiq Abbasov BMT-nin baş katibi Antoniu Qutterişin Təhlükəsizlik Şurasının fəaliyyətinin effektsizliyi barədə fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, vaxtilə təşəbbüskar kimi çıxış edən ölkələr əsas götürdükləri qanunvericiliyi, dünya nizamını, beynəlxalq konvensiyalarda təsbit edilmiş məqamları ayaq altına qoyurlar:

“Bu, onu göstərir ki, dünya böyük bir anarxiya və xaosa doğru sürətlə addımlayır. Biz görürük ki, BMT TŞ-nın icazəsi olmadan bəzi ölkələr müxtəlif yerlərdə özbaşına hərəkət edirlər. Bununla göstərirlər ki, onlar üçün ən əsas arqument gücdən istifadə etməkdən ibarətdir. A.Qutteriş öz gülünc vəziyyətini anlayaraq bunu etiraf edir. Gedişatın belə olması yaxşı heç nə vəd etmir. Gərək dünya birliyi A.Qutterişin dediklərini əsas götürərək yeni bir düstur tapsın”.

Qeyd edək ki, BMT baş katibi Antoniu Qutteriş Təhlükəsizlik Şurasının iclasında beynəlxalq münasibətlərdə “Soyuq müharibə”nin geri qayıtdığını və təşkilatın keçmişdə olduğu kimi gərginliyin artmasının qarşısını almaq üçün nəzarət mexanizminin olmadığını bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0