“Bizim özümüzün də bu layihədən müəyyən gözləntilərimiz var idi. Bu layihədəki mənzillərin qiyməti eyni ərazidə olan başqa mənzillərdən ucuzdur. Həmçinin bu binalarda mənzilin xarici divarları ümumi sahəyə əlavə olunmur. Bu gün o mənzilləri almaq üçün müraciət edənlərin nəğd almağa imkanları yoxdur”.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Belə ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-də saat 10.00-da başlayacaq və proses avqustun 7-dək davam edəcək.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz