Ekspert bildirir ki, hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil: “Hər il bu sahəyə dövlət büdcəsindən böyük vəsaitlər ayrılsa da, keyfiyyət yoxdur. Azərbaycanda 30 mindən çox şəxs peşə təhsili müəssisələrində təhil alır, ancaq əmək bazarında onların sayı çox aşağıdır. Peşə təhsilinin strukturunun 3 pilləli olması vacib addımdır. İlk növbədə peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Peşə təhsili müəssisələrində kadr hazırlığı əmək bazarının tələblərinə uyğun həyata keçirilməlidir”.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layihəsini III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasına təqim edib. Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli bildirib ki, qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı təklif olunan dəyişikliklər nəzərə alınıb. Millət vəkili bildirib ki, layihənin II oxunuşda müzakirələri zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.