O bildirib ki, əvvəlki illərdə müsəlman turistlər daha çox Amerika və Avropa ölkələrinə üz tuturdular:
“Sovetlər dönəmində müəyyən məhdudiyyətlərin olması onların bura marağını azaltmışdı. Ancaq indi müstəqillik dövründə turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib. Qəbul edilən proqramlarda da hədəf kütləsi kimi Ərəb ölkələrindən olan turistlər seçilmişdi. Azərbaycan ərəb turistləri üçün yeni ölkədir və onların bura maraqları böyükdür”.
Azərbaycan İslam turizminin ən populyar istiqamətlərinin 2018-ci ilin "Global Muslim Travel Index" reytinqində 130 ölkə arasında 10-cu yer tutub.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz