23:44 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
© Sputnik / Murad Orujov

BNA marşrut xətlərindəki yenilikləri açıqladı

RADİO
Qısa URL
242 0 0

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyir ki, agentliyin önəm verdiyi əsas məsələlərdən biri də şəhər sakinlərinin gündəlik güzəranına ola biləcək mənfi təsirləri minimuma endirməkdir

“Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icraasına başlanılıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib. O bildirib ki, bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək:

“Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq. Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək”. 

“Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar marşrutların hərəkətində nəzərdə tutulan dəyişikliklərdən danışan M.Ağayev qeyd edib ki, bu cür yarışlar zamanı nəqliyyat əməliyyatları hazırlanarkən agentliyin önəm verdiyi əsas məsələlərdən biri də şəhər sakinlərinin gündəlik güzəranına ola biləcək mənfi təsirləri minimuma endirməkdir:

“Vacib şərtlərdən biri də şəhərin ictimai nəqliyyatında fasiləsiz fəaliyyət təmin olunmasıdır. Bu məqsədlə 17 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib. 125 saylı marşrut xəttinin fəaliyyəti isə ümumiyyətlə müvəqqəti olaraq dayandırılıb”.

Mais Ağayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular