Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Türkiyədə erkən seçkilər iqtisadi amillərlə bağlıdır”

© Sputnik / Murad OrujovПятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Пятидесятое заседание Клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan
Abunə olmaq
“Atlas Araşdırmalar Mərkəzi”-nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, hakim partiya və müttəfiqi səsləri itirməmək üçün belə bir qərara gəliblər

Elxan Şahinoğlu: “Yeni partiyalar hakim partiyanın səslərini “oğurlaya” bilər”
“Türkiyə hakim partiyası səslərini itirməmək üçün seçkiləri bu il keçirməyi qərara alıb”. Bunu Türkiyədə təyin olunmuş erkən seçkilərlə bağlı Sputnik Azərbaycan-a danışan “Atlas Araşdırmalar Mərkəzi”-nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Afrin əməliyyatından sonra Türkiyədə prezidentin və hakim partiyanın nüfuzu artıb:

“Ancaq iqtisadi çətinliklər və inflyasiya da artmaqdadır. Düşünürəm ki, hakim partiya və müttəfiqi səsləri itirməmək üçün belə bir qərara gəlib. Bununla yanaşı, Türkiyədə yaranmış yeni partiyalar da hakim partiyanın səslərini “oğurlaya” bilər.  Prezident və parlament seçkilərinin eyni gündə keçirilməsi də Türkiyə tarixində ilk dəfə olacaq. Düşünürəm ki, prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın ciddi bir rəqibi olmayacaq. Amma parlament seçkilərində hakim partiya səslərinin bir hissəsini itirə bilər”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşdükdən sonra 2018-ci ilin iyunun 24-də erkən seçkiyə gedəcəyini açıqlayıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0