Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azər Həsrət: “Sosial şəbəkələr insanları izləyir”

© Sputnik / Murad OrujovПолитический аналитик, член Совета по прессе Азербайджана Азер Хасрет
Политический аналитик, член Совета по прессе Азербайджана Азер Хасрет - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, bu şəbəkələr insanları istiqamətləndirmək üçün xüsusi alqoritmlərdən istifadə edirlər

Azər Həsrət: “Sosial şəbəkələr ictimai rəyi manipulyasiya etmək üçün ortaya atılmış alətdir”
““Facebook” və “Google” informasiyalarla manipulyasiya edərək insanları yönləndirir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib. O bildirib ki, “Google” və “Facebook” kimi şəbəkələr insanları izləyir:

“Bu şəbəkələr bizi istiqamətləndirmək üçün xüsusi alqoritmlərdən istifadə edirlər. Baş verənlər onu göstərir ki, manipulyasiyalara yol verilir və bizi yönləndirməyə çalışırlar. Son günlər bu şəbəkələrdən istifadə edən rus dilli seqmentlərin hesablarının bloklanması da buna bir örnəkdir. Bu baş verənlər “Facebook”un azad bir platforma olmadığını göstərir. Sosial şəbəkələr konkret bir dövlətin və yaxud mərkəzlərin dünya ictimai rəyini manipulyasiya etmək və həmin ictimai rəyi ABŞ-ın xeyrinə istifadə etmək üçün ortaya atılmış alətdir”.

Qeyd edək ki, Sputnik-Mneniya-nın keçirdiyi sorğuya əsasən, avropalıların əksəriyyəti düşünür ki, "Google" və "Facebook" informasiyaları hər hansı siyasi tərəfin xeyrinə manipulyasiya etmək üçün xüsusi alqoritmlərdən istifadə edirlər.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0