Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat: “Gürcüstanda gənclərimiz azərbaycanlı olduğu üçün işlə təmin olunmur”

© Photo : Facebook / Azer SuleymanovДепутат от партии Единое национальное движение Азер Сулейманов
Депутат от партии Единое национальное движение Азер Сулейманов - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan parlamentinin “Milli Hərəkat” partiyasından olan azərbaycanlı deputatı Azər Süleymanov deyir ki, dövlət tərəfindən qəbul olunan proqramdan sonra azərbaycanlıların təhsil almasında problem yoxdur

Azər Süleymanov: “Gürcüstan universitetlərində 2000-dən çox azərbaycanlı təhsil alır”
“Gürcüstanda yaşayan azərbaycanlıların təhsil almasında heç bir problem yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Gürcüstan parlamentinin “Milli Hərəkat” partiyasından olan azərbaycanlı deputatı Azər Süleymanov deyib. O bildirib ki, azərbaycanlı gənclər bir il gürcü dilində hazırlıq keçdikdən sonra universitetlərdə dörd il ali təhsil alırlar:

“Gürcüstanda qəbul edilmiş “4+1” proqramından sonra 2000-dən çox azərbaycanlı universitetlərdə təhsil alır. Bu gün Gürcüstandakı azərbaycanlıların ən böyük problemi azərbaycanlı olduqları üçün işlə təmin olunmamalarıdır. Dövlət tərəfindən proqramlar qəbul olunsa, kurslar təşkil edilsə də, azərbaycanlıların işlə təmin olunması sıfır dərəcəsindədir”.

Qeyd edək ki, Gürcüstanın “Zelyonıy Kavkaz” qeyri-hökumət təşkilatının hazırladığı hesabatda  Gürcüstan ali məktəblərində 2017-2018-ci tədris ilində təhsil alan tələbələrin 34,9 faizinin xarici ölkə vətəndaşları olduğu qeyd olunub.

Azər Süleymanovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0