06:18 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Millət vəkili Elman Nəsirov
© Sputnik / Murad Orujov

Millət vəkili: “ATƏT-in Azərbaycana qarşı mövqeyi qərəzlidir”

RADİO
Qısa URL
153 0 0

Millət vəkili, politoloq Elman Nəsirov deyir ki, ATƏT PA və AŞPA müşahidəçiləri seçkiqabağı proseslə bağlı özlərinin müsbət mövqeyini ifadə ediblər

“ATƏT DTİHB-nin seçkilərin ilkin nəticələri ilə bağlı ortaya çıxardığı hesabat kifayət qədər qərəzlidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov Qərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirərkən deyib.

O bildirib ki, elə bu səbəbdən də, haqlı olaraq Azərbaycan ictimaiyyətinin və media mənsublarının çox ciddi etirazı ilə qarşılanıblar: 

“ATƏT DTİHB və onunla həmfikir olan ATƏT PA və AŞPA müşahidəçiləri seçkiqabağı proseslə bağlı özlərinin müsbət mövqeyini ifadə ediblər. Şəxsən özüm Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat qrupunun üzvü olaraq həm Göyçayda, həm Ağdaşda, həm də Kürdəmirdə bu müşahidə missiyasının üzvlərinin seçki məntəqələrinə gəldiklərinin, müşahidə apardıqlarının şahidi olmuşam. Onlar seçkiyə hazırlıq prosesi ilə bağlı çox müsbət fikirlər söyləyiblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri ayrı-ayrılıqda, fərdi şəkildə seçkinin hazırlıq prosesi və seçkinin gedişatı ilə bağlı müsbət mövqe bildirirlər. Amma seçkilər başa çatdıqdan sonra isə, sanki bir dirijor çubuğunun tapşırığı ilə tamamilə fərqli mövqe ortaya qoyurlar və bu mövqe də qərəzlidir”.

Əsas mövzular