Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Suriyada daha qanlı savaşın şahidi olacağıq”

© Sputnik / Murad OrujovАзер Рашидоглу
Азер Рашидоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Azər Rəşidoğlu deyir ki, Türkiyənin Suriyanın içərisinə doğru irəliləməsi və PYD-ni tamamilə yox etmək istəyi yeni bir savaş meydana çıxara bilər

Azər Rəşidoğlu: “Suriyada vəziyyətin gərginləşməsində kənar amillərin təsiri var”
“Suriya münaqişəsi artıq beynəlxalq müstəviyə keçib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

“Suriya daxili problemini həll edə bilmir və vəziyyət günü-gündən gərginləşir. Vəziyyətin məhz gərginləşməsi də kənar amillərin təsiri ilə baş verir. Bu gün Rusiyanın və Türkiyənin Suriyada aparıcı mövqeyə malik olması digər dövlətlərin maraqlarına ziddir. O baxımdan, Qərb ölkələri PKK, İŞİD və bu kimi terror təşkilatlarının yoxa çıxmasından narahatdır. Odur ki, münaqişəni daha da dərinləşdirmək niyyətindədirlər. Fransanın bu dərəcədə açıq müdaxiləsi, həmçinin Türkiyənin Suriyanın içərisinə doğru irəliləməsi və PYD-ni tamamilə yox etmək istəyi yeni bir savaş meydana çıxara bilər. Artıq Suriyada supergüclər üz-üzə gəlir. Bu, uzunmüddətli və daha qanlı bir savaşın başlanması deməkdir. Ehtimal edirəm ki, yaxın günlərdə biz daha qanlı savaşın şahidi olacağıq”.

Qeyd edək ki, Fransanın 60 nəfərlik ilk hərbi birləşməsi Suriyanın Ayn İsa bölgəsinə yerləşib. PKK-ya aid qərargah və nəqliyyat vasitələrində Fransa bayraqları ucaldılıb. Fransız əsgərlər ərazidə gün ərzində terrorçularla bir neçə dəfə patrul xidməti aparırlar. Fransalı hərbçilərin gəlişi ilə eyni vaxtda PKK terrorçuları həmin bölgədə fəallaşıb. Bölgəyə gələn fransız hərbçiləri arasında digər ölkələrdən gətirilən muzdlu döyüşçülərin də olduğu bildirilir.

Xəbər lenti
0