QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Aygün Attar: “Erməniçilik insanlıqdan uzaq davranışların məcmusudur”

© Photo : YenicagAygün Attar
Aygün Attar - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Aygün Attar deyir ki, bəziləri bu məsələ barəsində qeyri-ciddi yanaşmalarla kitab yazırlar

Aygün Attar: “Erməniçiliyin dünya üçün zərərli olduğu həqiqətindən yola çıxılmalıdır”
“Hər hansı millətə qarşınifrət olunmasını doğru saymıram”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimat mərasimində çıxış edərkən, kitabın müəllifi professor Aygün Attar deyib.

“Atamın məzarı işğal altındadır. Bunu anlamalıyıq ki, ermənilər tək torpağın üstünü deyil, həm də altını işğal ediblər. Bu gün erməni kimliyi altında erməniçilik “26 fevraldır”, yaş yarımlıq Zəhranın nənəsinin qucağında güllələnməsi, qız-qadınlaırmızın əsir edilməsidir. Erməniçilik insanlığa insanlıqdan uzaq davranışların məcmusudur. Ona görə də dilimizin döndüyü, bilgilərimizin yetdiyi qədər Avropa ictimaiyyətinin ciddiyə alacağı sənədləri əsas tutaraq hamımız yazmalı, yaratmalıyıq. Ancaq bir gerçək var ki, bəziləri bu məsələ barəsində qeyri-ciddi yanaşmalarla kitab yazırlar. Bu bizə xeyir deyil, zərər vurur. Ona görə də erməniçiliyin təkcə Azərbaycan, Türkiyə üçün deyil, dünya və insanlıq üçün zərərli olduğu həqiqətindən yola çıxılmalıdır”- deyə o bildirib.

Qeyd edək ki, professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabı bu ilin martında Türkiyədə çap olunub.

Xəbər lenti
0