Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Suriyadakı qarşıdurma dünya siyasətinə mənfi təsir göstərir”

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, Böyük Britaniya da Suriyadakı proseslərdən kənarda qalmaq istəmir

İlqar Vəlizadə: “Qərb ölkələri Suriyadakı hazırki vəziyyətdən narahatdırlar”
Böyük Britaniyanın baş naziri Teresa Mey parlamentin razılığı olmadan Suriya hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlara qatılmağa hazır olduğunu ifadə edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, son vaxtlar ərzində Türkiyə, Rusiya və İranın Suriyadakı mövqeləri güclənib: 

“Bu ölkələr Suriyada özlərinin hərbi infrastukturunu yaradırlar. Bu infrastrukturun qurulmasını da Bəşər Əsədin razılığı ilə həyata keçirilir. Amma ABŞ və Avropa ölkələri bundan narahatdırlar. Buna görə də, ABŞ və Fransa Suriyadakı mövqelərini gücləndirməyə başlayıb. Burada marağı olan Böyük Britaniyada proseslərdən kənarda qalmaq istəmir. Əvvəl Suriyadakı qarşıdurma müxalif qüvvələrlə hökümət qüvvələri arasında gedirdi. İndi isə vəziyyət dəyişib. Bu da dünya siyasətinə ciddi, həmçinin mənfi təsir göstərir”. 

ABŞ  prezidenti  Donald Tramp da Suriyaya raket zərbələri endirəcəklərini bildirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0