Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Neftin qiymətindəki artımlar geosiyasi amillərlə bağlıdır”

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Abunə olmaq
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, hazırda bazar iştirakçılarını kvotaların hansı müddətə azaldılması maraqlandırır

İlham Şaban: “Kvotaların müddətinin uzadılması bazara pozitiv siqnal ötürür”
Dünya bazarında neftin qiyməti bahalaşmağa başlayıb. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, neftin qiymətindəki artım dünyada gərginləşən geosiyasi amillərlə bağlıdır: 

“Suriyada əməiliyyatların yenidən başlanacağı ilə bağlı informasiyaların yayılması birjalara təsri göstərir. Digər məsələ, OPEK+ ölkələrinin aprelin 20-də keçiriləcək toplantısında kvotalara nə qədər əməl olunması məsələsinə baxılacaq. Burada bazar iştirakçılarını kvotaların hansı müddətə azaldılması maraqlandırır. Çünki bu vaxta qədər üzv ölkələr bu müddətin 3-6 aya uzadılmasını təklif edirdilər. İndi isə bu müddətin 2019-cu ilin sonuna kimi uzadılması fikirləri səsləndirilir. Bu isə bazara pozitiv siqnal ötürür və neft qiymətlərinin artımına təsirini göstərməyə bilməzdi. Yəni bu kimi amillər neftin qiymətinin 20 faiz artımına gətirib çıxartdı”.

Qeyd edək ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,9 dollar və ya 2,62% artaraq 74,48 dollara çatıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0